Pentensiar Xidmətinə yeni rəis təyin edildi - Sərəncam

11:51 - 10.07.2023


10 iyul, Fineko/abc.az. Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.

ABC.AZ-ın məlumatına görə, Prezident İlham Əliyevin Sərəncamı ilə Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.