11:21 - 7.07.2023
7 iyul, Fineko/abc.az. “Collezione İtalia” MMC məhkəməyə verilib.
ABC.AZ xəbər verir ki, buna səbəb Gömrük Qaydaları Əleyhinə Olan İnzibati Xətalardır.
Belə ki, şirktət barəsində İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə (Gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma) protokol tərtib olunub.
İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə görə gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən 150 faizinədək məbləğdə cərimə edilir.
Qeyd edək ki, bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür.