15:15 - 21.06.2023
21 iyun, Fineko/abc.az. Qaradağ Rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Neft Kəmərləri" İdarəsinin "Abşeron Ticarət Mərkəzi" MMC-yə qarşı iddia üzrə məhkəmə iclası başlayıb.
ABC.AZ-ın Pravda.az-a istinadəm məlumatına görə, hakim Gülnar Aslanovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası iyulun 3-nə təyin edilib.
Qeyd: SOCAR-ın "Neft Kəmərləri" İdarəsi "Abşeron Ticarət Mərkəzi" MMC-ni məhkəməyə verərək qanunsuz tikilinin sökülməsi barədə tələb irəli sürüb.
4 Avqust 2026
4 Avqust 2026