11:05 - 21.06.2023
21 iyun, Fineko/abc.az. 2023-cü ilin may ayında Türkiyənin bölgələrində mənzil qiymətlərinin necə dəyişdiyi məlum olub.
ABC.AZ "Endeksa"ya istinadən xəbər verir ki, may ayında ölkədə ən çox mənzil İstanbul, Ankara və Antalyada satılıb.
Son bir ildə Türkiyədə evlərin qiyməti lirə ifadəsində 116% artıb.
Hazırda Türkiyədə mənzillərin kvadratmetrin orta satış qiyməti 18 min 862 türk lirəsi (796 dollar), bir obyektin orta qiyməti isə 2,5 milyon türk lirəsi (105 min 550 dollar), mənzil investisiyalarının geri qaytarılma müddəti isə 16 ildir.
Ankarada mənzil qiymətləri il ərzində 131% artıb, kvadratmetrin orta satış qiyməti 14 829 lirə (630 dollar), orta əmlak qiyməti 1,9 milyon lirə (80 250 dollar) olub.
Antalyada mənzillərin illik dəyər artımı 118%, kvadrat metrin orta qiyməti 24 424 lirə (1 030 dollar), bir obyektin orta qiyməti 3,4 milyon lirə (143 600 dollar) olub.