11:25 - 16.06.2023
16 iyun, Fineko/abc.az. Əgər Azərbaycan neft gəlirləri modelinə söykənsə və iqtisadiyyatını şaxələndirməsə, qarşıdakı 30 ildə ölkənin ümumi daxili məhsulu (ÜDM) cəmi 10 % artacaq.
ABC.AZ xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl Bakıda keçirilən “Qlobal və iqtisadi yavaşlamanın Azərbaycana təsiri” adlı panel müzakirələrdə bildirib.
Onun sözlərinə görə, şaxələndirmə Azərbaycanı yüksək gəlirli ölkələr sırasına çıxaracaq: “Əgər Azərbaycan iqtisadiyyatın neftdən asılılığını azaltmasa o zaman 2050-ci ildə də aşağı gəlirli ölkələr sırasında olacaq. Amma ölkədə islahatlar davam etdirilsə və iqtisadiyyatın neft sektorundan asılılığı azaldılsa, 30 ildən sonra adambaşına düşən ÜDM indikindən azı 40 % çox ola bilər”.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026