10:09 - 16.06.2023
16 iyun, Fineko/abc.az. “Royal Bank”ın Müşahidə Şurasının sədri Əli Cam və oğlu-bankın baş drektoru Fuad Camla bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını qismən ləğv edib.
14 epizod üzrə prosesual məsələlərə yenidən baxılması üçün iş apellyasiya instansiyasına qaytarılıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) 2012-ci il 13 iyul tarixli qərarı ilə "Royal Bank"a verilən lisenziya ləğv olunub. İttihama görə, Əli Cam və Fuad Cam öz qulluq mövqeyindən istifadə edərək onlara etibar edilən külli miqdarda özgə əmlakını mənimsəyərək talayıblar. Onlar rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədiblər. Pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək üçün həmin pul vəsaitlərindən istifadə etməklə saxta maliyyə əməliyyatları həyata keçiriblər. Bununla da külli miqdarda pulu leqallaşdıraraq mənimsəyiblər.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026