17:04 - 14.06.2023
14 iyun, Fineko/abc.az. “Samsung” gənc istedadları şirkət daxilində saxlamaq üçün Cənubi Koreyada çevik iş rejiminə keçmək niyyətindədir.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Samsung” Cənubi Koreyadakı işçilərinə həftədə 40 saatdan çox işlədikləri təqdirdə hər ay cümə günlərindən birində istirahət etməyə icazə verəcəyini açıqlayıb.
Şirkət sözçüsü bildirib ki, gələn həftədən etibarən zavodda olmayan, tam ştatlı işçilər maaşlarını alarkən istirahət edə biləcəklər.
“Samsung”un bu addımı yerli rəqib “SK Hynix”in keçən il oxşar çevik iş təcrübəsinə keçməsindən sonra baş verib.
3 Avqust 2026
1 Avqust 2026