"Hidro Park" MMC məhkəməyə verildi

10:06 - 7.06.2023


7 iyun Fineko/abc.az. "Hidro Park" MMC-yə  gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

ABC.AZ xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə görə,  Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İş Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun icraatındadır.

Məhkəmə ilə əlaqəli baxış iclası 19.06.2023, saat 15:10-a təyin edilib.