"Hünər-İnşaat" “Altes Construction" şirkətini məhkəməyə verdi

12:03 - 6.06.2023


6 iyun, Fineko/abc.az. "Hünər-İnşaat" MMC "Altes Construction" MMC ilə bağlı məhkəməyə müraciət edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə MMC Kommersiya Məhkəməsinə üz tutub.

Belə ki, "Hünər-İnşaat" şirkəti Podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Günay Namazovun sədirliyi araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.