10:27 - 6.06.2023
6 iyun, Fineko/abc.az. 2022-ci ildə Mərkəzi Bank məhkəmələrdən daxil olmuş qərarlara əsasən səhmdar cəmiyyətləri barədə 43 protokol tərtib edib və 41 500 manat cərimə tətbiq edib.
ABC.AZ xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Məlumata görə, bunlar, 2021-ci illə müqayisədə müvafiq olaraq 8 protokol və 14 700 manat azdır.
"İnvestorların Mərkəzi Banka müraciət imkanları genişləndirilir, səhmdarlarla qarşılaşdıqları çətinliklərlə bağlı görüşlər keçirilir, onlar dinlənilir. Mərkəzi Bankın investorlardan hüquq pozuntularına dair daxil olan müraciətlər araşdırılaraq pozuntu aşkarlandığı təqdirdə həmin hüquqların bərpası istiqamətində qanunauyğun tədbirlər həyata keçirilir. Belə ki, cəmiyyətlər tərəfindən vətəndaşların qanunla qorunan hüquq və mənafelərinin pozulması halı aşkarlandıqda həmin subyektlərə pozuntunun aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər ünvanlanır. Aşkarlanmış pozuntular inzibati xəta tərkibli olduqda cəmiyyətlər barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə onların inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə toplanmış material məhkəmələrə göndərilir"-, deyə Mərkəzi Bankın məlumatında bilirilib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026