16:18 - 5.06.2023
5 iyun, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasında Azad iqtisadi zona yaradılacaq.
ABC.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Bu, ticarət və logistika imkanlarının genişlənməsi ilə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafına xidmət edəcək.
Naxçıvan Muxtar Respublikasında sənaye parkı da yaradılacaq.
Qeyd olunub ki, sənaye parkının yaradılması yekunda sənaye sahəsinin inkişafı, yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq.
Layihələrin əsas icraçısı İqtisadiyyat Nazirliyidir.
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026