15:16 - 28.06.2018
28 iyun, Fineko/abc.az. Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından, Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.
“Azərbaycan Dəmir Yolları” QSC-in məlumatında deyilir ki, Cəmiyyət, sözügedən istiqamətdə sərnişin sıxlığını azaltmaq üçün tədbirlər görür.
“Sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi, bu gündən (28 iyundan) etibarən Bakıdan 18.30-da, Sumqayıtdan saat 08.00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir”, - deyə məlumatda bildirilir.
30 İyul 2026
29 İyul 2026