Mərkəzi Bank bu sığorta agentliyini məhkəməyə verdi

12:09 - 19.05.2023


19 may, Fineko/abc.az. Mərkəzi Bank “Sizin Sığorta Agentliyi” MMC-ni məhkəməyə verib.

ABC.AZ xəbər verir ki, iddianın nədən qaynaqlandığı hələki məlum deyil.

İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Nərmin Əhmədovanın icraatındadır

Qeyd edək ki, “Sizin Sığorta Agentliyi” MMC 26.04.2012-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Vidadi Səfərov Təşkilat oğludur. Hüquqi ünvanı Az1010 Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili, ev 30, m 5-də yerləşir.