16:31 - 15.05.2023
15 may, Fineko/abc.az. “PASHA Holding” MMC-nin Ekosistem üzrə aparat rəhbəri (Ecosystem Chief of Staff) təyin edilib.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Rauf Qulaməliyev təyin olunub.
Rauf bakalavr dərəcəsini İngiltərənin “King’s College London” universitetində, magistr dərəcəsini isə Londonun “Bayes Business School” universitetində almışdır. O, həmçinin beynəlxalq səviyyədə tanınan CFA dərəcəsinə malikdir.
Qeyd edək ki, Rauf Qulaməliyev bundan öncə PAŞA Holding-də Biznes Qrup daxilində menecer vəzifəsində, “PAŞA Holding”ə qoşulmazdan öncə isə “BDO Azerbaijan”, və “KMPG Azerbaijan” kimi beynəlxalq audit şirkətlərində çalışıb.
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026