Ermənilər xalqımıza qarşı mədəni soyqırımı törədib - İlham Əliyev

14:35 - 15.05.2023


15 may, Fineko/abc.az. 30 illik işğal dövründə ermənilər xalqımıza qarşı mədəni soyqırımı törədib.

ABC.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edərkən bildirib.

Azərbaycan Prezidenti həmin ərazilərdə ermənilərin İslam maddi-mədəniyyət irsini məhv etdiklərini, 67 məsciddən 65-ni dağıtdıqlarını diqqətə çatdırıb.

Dövlət başçısı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri haqqında məlumat verib.