“Okean Trans” MMC məhkəməyə verildi

12:17 - 12.05.2023


12 may, Fineko/abc.az. “Okean Trans” MMC-yə idarəçilik qaydaları əleyhinə olan ( İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi) inzibati xəta protokolu tərtib olunub.

ABC.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 529.3-cü  maddəsinə görə  yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

İş Bakı Şəhəri Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın icraatındadır.