16:54 - 11.05.2023
11 may, Fineko/abc.az. İtaliyada “Apple”la bağlı istintaq işi açılıb. Belə ki, şirkətə qarşı bazarda hökmranlıqdan sui-istifadə iddiası qaldırılıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “İtaliya Rəqabət Təşkilatı” (AGCM) “Apple”in bazardakı hökmranlığından sui-istifadə edib-etməməsi ilə bağlı araşdırmaya başlayıb.
AGCM tərəfindən edilən açıqlamada bildirilib ki, ABŞ şirkətinin tətbiq bazarındakı hakim mövqeyindən sui-istifadə edib-etməməsi ilə bağlı araşdırmaya başlanılıb.
“Apple”in 2021-ci ilin aprelindən etibarən proqram tərtibatçılarına daha məhdudlaşdırıcı məxfilik siyasəti tətbiq etdiyini xatırladaraq, bunun üçüncü tərəf proqram tərtibatçılarına mənfi təsir etdiyi qeyd edilib.