11:13 - 11.05.2023
11 may, Fineko/abc.az. 2023-cü ilin yanvar-aprel aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52.4% artıb.
ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
İlin ilk 4 ayında 7 mlrd. 672,2 mln. manat təşkil edib.
Bu müddətdə qeyri neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16.7% artaraq 4 mlrd. 3.4 mln. manat olub.
“Vergi daxilolmalarının artımında “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması istiqamətində atılan addımların əhəmiyyətli rolu var”- deyə, nazir bildirib.
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026