“General Motors” “Apple”in vitse-prezidentlərindən birini transfer edib

11:40 - 10.05.2023


10 may, Fineko/abc.az. “General Motors” sürətlə inkiaşf edən texnologiyaya ayaq uydurmaq üçün “Apple”in vitse-prezidentlərindən birini transfer edib.

ABC.AZ xəbər verir ki, “General Motors”un işə götürdüyü şəxs “Apple” şirkətinin mühəndislik üzrə vitse-prezidenti Mayk Abbottudur. “General Motors” adıçəkilən şəxsi avtomobildə proqram təminatı işlərinə rəhbərlik etmək üçün işə cəlb edib.

“General Motors”un İdarə Heyətinin sədri Meri Barra bildirib ki, innovasiyaların sürətləndiyi bir zamana keçiblər:

“Biz yeni və maraqlı müştəri təcrübələri təqdim edəcək texnologiyaya əsaslanan transformasiyamızın növbəti mərhələsinə qədəm qoymuşuq. Bir təsisçi və sahibkar kimi Mayk komandamızı bu məkanda idarə edəcək”.