15:53 - 8.05.2023
8 may, Fineko/abc.az. Fransanın “L’Oreal” şirkəti dördüncü ildir ki, dünyanın ən qiymətli kosmetika istehsalı ilə məşğul olan brendlərinin reytinqinə başçılıq edir.
ABC.AZ xəbər verir ki, bu barədə “Brand Finance”nin məlumatında deyilir.
Məlumata görə, son bir ildə brendin dəyəri 7,2% artaraq 12,03 milyard dollara çatıb.
ABŞ-ın “Estee Lauder” şirkəti demək olar ki, 10% (7,15 milyard dollara qədər) azalsa da, ikinci yerdə qalıb.
Almaniyanın “Beiersdorf” şirkətinə məxsus “Nivea” brendi ABŞ-ın “Procter & Gamble Co.”ya məxsus “Gilette” brendini dördüncü pilləyə itələyərək üçüncü pilləyə yüksəlib. Eyni zamanda, hər iki brendin dəyəri – müvafiq olaraq 2,8% (6,62 milyard dollara qədər) və 4,8% (6,58 milyard dollar) azalıb.
8 Avqust 2026
8 Avqust 2026
10 Avqust 2026