16:58 - 3.05.2023
3 may, Fineko/abc.az. İqtisadiyyat Nazirliyində Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti ilə görüş keçirilib.
ABC.AZ Nazirliyə istinadən xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilmiş görüşdə şirkətlə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Tədbirdə bildirilib ki, Türkiyə şirkətləri ilə tərəfdaşlığın gücləndirilıməsi və qarşılıqlı faydalı birgə layihələrin gerçəkləşdirilməsi istiqamətində səmərəli addımlar atılır. Əczaçılıq sahəsində əməkdaşlıq da bu baxımdan əhəmiyyət kəsb edir. Bu sahədə əməkdaşlıq Azərbaycanda əczaçılıq məhsullarının istehsalı imkanlarını artıra bilər.
Tədbirdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Layihənin əsas məqsədi vacib əczaçılıq məhsullarının yerli istehsal hesabına idxalının əvəzlənməsinə və istehlak bazarında sərfəli şərtlərlə əldə edilməsinə töhfə verməkdir.
25 Avqust 2026
25 Avqust 2026