11:29 - 26.04.2023
26 aprel, Fineko/abc.az. Yanvar-mart aylarında ABŞ-ın texnologiya şirkətləri “Microsoft” və “Alphabet”in gəlirləri artıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Microsoft”un gəlirləri yanvar-mart aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7% artaraq 52,9 milyard dollara çatıb.
Qeyd edək ki, “Microsoft” 2022-ci ilin yanvar-mart aylarında 49,4 milyard dollar gəlir əldə etmişdi.
Yanvar-mart aylarında “Alphabet”in gəlirləri isə, keçən ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 69,8 milyard dollara çatıb.
Şirkətin 2022-ci ilin birinci rübündə gəliri 68 milyard dollar olmuşdu.
Şirkətin xalis mənfəəti isə birinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 8% azalaraq 15,1 milyard dollara düşüb.
“Alphabet” ötən rübdə 16,4 milyard dollar xalis mənfəət əldə etmişdi.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026