Hindistan Azərbaycana bu məhsulların ixracını azaldıb

16:15 - 20.04.2023


20 aprel, Fineko/abc.az. 2023-cü ilin fevral ayında Hindistandan Azərbaycana tütün və onun sənaye əvəzedicilərinin idxalı bu ilin yanvar ayına nisbətən dəyər ifadəsində 40,5% azalaraq $2,86 milyon təşkil edib.

ABC.AZ İnterfaks-a xəbər verir ki, bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyi məlumat yayıb. 

Qeyd edilib ki, 2022-ci ilin fevral ayında Azərbaycana tütün və onun sənaye əvəzediciləri idxal edilməyib.
2022-ci ilin aprel ayından 2023-cü ilin fevral ayınadək (cari maliyyə ilinin 11 ayı) Hindistan Azərbaycana $27,94 milyon dəyərində (2021-ci ilin aprel – 2022-ci ilin fevral ayları ilə müqayisədə artım 13,4 dəfə) tütün və onun sənaye əvəzedicilərini ixrac edib.