15:44 - 20.04.2023
20 aprel, Fineko/abc.az. Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran Prisi paytaxtın kirayə bazarında canlanma yaradıb. Avtomobillərin hərəkət edəcəyi əsas marşrutun keçdiyi yolların kənarında kirayə mənzillərə ehtiyac xüsusilə hiss edilir. Mərkəzdə bəzi mənzillər var ki, onların eyvanından birbaşa “Formula 1” yarışını izləmək mümkündür.
Həmin mənzillərin günlük icarə qiymətləri iki dəfə artıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.
Onun sözlərinə görə, ənənəvi olaraq “Formula 1” günlərində Bakıda evlərin günlük icarə qiyməti artır:
“Xüsusilə də mərkəzdə olan evlərin kirayə qiymətləri. Normalda həmin evlərin günlük icarə qiyməti 100-150 manat olurdusa, yarış günləri 250-350 manatadək artacaq. Bu qiymət mənzillərin yerləşməsindən asılı olaraq dəyişir. Əsasən Neftçilər prospektində olan eyvanlı mənzillərin icarə qiymətləri kəskin artır. Lakin İstiqlaliyyət küçəsində olan mənzillərin də kirayə qiymətlərinə təsir edəcək. Amma bu müvəqqəti artım olacaq. Yarışdan sonra həmin mənzillərin gündəlik kirayə qiymətləri 50-150 manat civarında olacaq”.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026