Qeyri-neft-qaz sektoru üzrə ÜDM 5 faiz artıb

15:36 - 20.04.2023


20 aprel, Fineko/abc.az. Yanvar-mart aylarında qeyri-neft-qaz sektoru üzrə ÜDM 4,9 faiz artaraq 16 milyard 959,8 milyon manat olub.

ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir qeyd edib ki, qeyri-neft-qaz sektorundakı artım iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatların müsbət nəticəsidir.