Azərbaycanın qiymətli kağızlar bazarı kiçildi - Detallar

17:16 - 19.04.2023


19 aprel, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycanın qiymətli kağızlar bazarında 3 milyard 448,3 milyon manatlıq əməliyyat aparılıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,7% azdır.

Rüblük göstəricinin 1 milyard 000,5 milyon manatlıq hissəsi ilkin bazarda (2,9 dəfə az), 2 milyard 447,8 milyon manatlıq hissəsi isə təkrar bazarda (0,9% çox) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 2 850 əqd bağlanılıb. Bu, illik müqayisədə 4,1 % azdır. Əqdlərin 421-sı ilkin bazarın (18,6% az), 2 429-u isə təkrar bazarın (1% az) payına düşüb.