Kanadanın məşhur şirkəti “Twitter”ə belə etiraz etdi

11:47 - 18.04.2023


18 aprel, Fineko/abc.az. Kanadanın CBC yayım korporasiyanın hesablarından birində “hökumət tərəfindən maliyyələşdirilən media” etiketi götürülüb.

Bu isə şirkət tərəfindən birmənalı qarşılanmayıb.

ABC.AZ xəbər verir ki, bundan sonra şirkət “Twitter” sosial şəbəkəsindəki fəaliyyətini dayandırıb.

"Bizim jurnalistikamız qərəzsiz və müstəqildir. Bunun əksini iddia etmək yalandır. Buna görə də biz Twitter-dəki fəaliyyətimizi dayandırırıq", - CBC Twitter-də yazıb.