Bakısığorta "Azərbaycan Sənaye Sığorta"nı məhkəməyə verdi

11:00 - 18.04.2023


18 aprel, Fineko/abc.az. Bakı Kommersiya Məhkəməsində "Bakısığorta" ASC-nin "Azərbaycan Sənaye Sığorta" ASC-yə qarşı iddiasına baxılıb.

ABC.AZ Pravda.az-a istinadən xəbər verir ki, hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, iddia qismən təmin olunub.

Qeyd: "Bakısığorta" ASC "Azərbaycan Sənaye Sığorta" ASC-ni məhkəməyə verərək mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr barədə tələb irəli sürüb.