17:30 - 17.04.2023
17 aprel, Fineko/abc.az. İsraildə qeydiyyatda olan “Amdocs” şirkətinin Azərbaycanda törəməsi təsis edilib.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınan “Amdocs Azerbaijan” MMC-dir.
Şirkət 500 000 ABŞ dolları nizamnamə kapitalı ilə 23 mart 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu, Nizami ev.22 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkətin direktoru Ramazanov Nəriman Əhməd oğludur.
“Amdocs” İsraildə təsis edilsə də ABŞ-də də fəaliyətdə olan transmilli şirkətdir. Şirkət rabitə, media və maliyyə xidmətləri təminatçıları və rəqəmsal müəssisələr üçün proqram təminatı və xidmətlər üzrə ixtisaslaşıb. Şirkət ümumilikdə 2022-ci ildə 4.58 mlrd. ABŞ dolları həcmində gəlir, 549 mln. dollar xalis mənfəət əldə edib.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026