15:49 - 17.04.2023
17 aprel, Fineko/abc.az. Rəqəmsal məzmun platforması dedikdə ağla ilk gələn “Netflix“ olur. Belə ki, filmləri və serialları onlayn izləməkdə yenilik edən platformaya rəqib şirkətlər artıq onu qabaqlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, illərdir yaratdığı platformada hökmranlıq etmiş "Netflix" zamanla fərqli platformaların ortaya çıxması nəticəsində başqa şirkətlərlə yarışa girdi. Son araşdırmaya görə, “Netflix” artıq ən çox baxılan platforma deyil.
Belə ki, “JustWatch” şirkəti mövcud dinamikanı müşahidə edib və məlum olub ki, “Amazon Prime Video” 21 faizlə bazar lideridir. “Netflix” isə “Amazon Prime Video”dan sonra 20 faizlə ikinci yeri tutub. Üçüncü yerdə 15 faiz payla “Disney+” qərarlaşıb.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026