15:04 - 22.06.2018
22 iyun, Fineko/abc.az. Sabah, iyunun 23-də Bakıda və Abşeronda hava yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu yarımadada gecə 20-23, gündüz 30-34, Bakıda gecə 20-22, gündüz 32-34 dərəcəyə yüksələcək.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 50-55%, gündüz 35-40% təşkil edəcək.
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) sabah şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 23-də hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcəyə yüksələcək.
30 İyul 2026
28 İyul 2026
29 İyul 2026