16:16 - 14.04.2023
14 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycanda 30 milyard 310,6 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,9% azalıb, qeyri neft-qaz sektorunda isə 4,9% artıb.
ÜDM istehsalının 47,5%-i sənaye, 9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,4%-i nəqliyyat və anbar təsərrüfatı, 5%-i tikinti, 2,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 %-i informasiya və rabitə sahələrinin, 17,6%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5%-ini təşkil edib.
İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə dəyişməyək 2 991 manat səviyyəsində qalıb.