Bundan sonra “Twitter”ə də abunə olmaq mümkün olacaq

11:12 - 14.04.2023


14 aprel, Fineko/abc.az. İlon Maskın “Twitter”i almasından sonra sözügedən sosial media platformada bir sıra yeniliklər tətbiq olunmağa başlanıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, İ.Mask “Tvitter”ə daha bir yenilik gətirib.

Belə ki, bundan sonra sosial media platforması məzmun istehsalçılarına abunə olmaq imkanı təklif edəcək.

Mask, istifadəçilərin “Twitter”in parametrlərindəki “Monetizasiya” bölməsi vasitəsilə bu xüsusiyyətdən yararlana biləcəklərini qeyd edib.

Mask bildirib ki, “Twitter” “Android” və iOS sistemlərinin tətbiq etdiyi ödənişlər istisna olmaqla, ilk 12 ay ərzində istifadəçilərdən heç bir ödəniş almayacaq.

Müıllif: Elmir Murad