14:31 - 12.04.2023
12 aprel, Fineko/abc.az. Azərbaycanda işlənmiş yağların emalı ilə məşğul olan "Exol Azerbaijan" QSC 2022-ci ilin hesabatını açıqlayıb.
ABC.AZ xəbər verir ki, 2022-ci ildə şirkətin satış gəlirləri 7,2 milyon manat, əməliyyat xərcləri isə 4,4 milyon manat olub. Əvvəlki illə müqayisədə şirkətin gəlirləri 0,8 milyon manat, xərcləri 0,2 milyon manat artıb.
"Exol Azerbaijan"ın inzibati xərcləri isə 2 dəfədən çox azalaraq 431 min manatdan 194 min manata düşüb.
Nəticədə şirkət ili 2 milyon 655 min manat xalis mənfəətlə bitirib, Bu 2021-ci ilin göstəricisindən 505 artıqdır, xatırladaq ki, həmin iş şirkətin xalis mənfəəti 1 milyon 761 min manat olmuşdu.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026