14:46 - 11.04.2023
11 aprel, Fineko/abc.az. Ukraynaya hücumu nəticəsində Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və aktivlərinin dondurulması Rusiyaya zərər verməklə yanaşı, aktivlərin dondurulduğu ölkələrə böyük qazanc gətirir.
ABC.AZ xəbər verir ki, Belçika dondurulmuş rusiya aktivlərindən bir ildə 625 milyon avro əldə qazanc əldə edib.
Xarici mətbuatın məlumatına görə, Belçikada Rusiyanın 250 milyard avroluq aktivləri dondurulub.
“Dövlət büdcəsinin sonuncu auditi zamanı hökumət gözlənilmədən böyük həcmdə nəzərdə tutulmayan gəlir aşkar edib. Rusiya dondurulmuş aktivlərindən 625 milyon avro daxil olub” - deyə hökumət açıqlama yayıb.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026