17:28 - 10.04.2023
10 aprel, Fineko/abc.az. “Qazaxıstan və Azərbaycan ticarət dövriyyəsinin dəyərini 1 milyard ABŞ dollarına çatdırmaq üçün ciddi potensiala malikdirlər”.
ABC.AZ “Sputnik-Qazaxıstan”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə keçirilən danışıqlar zamanı bildirib.
“Ötən il ticarət dövriyyəsinin dəyəri 40 % artaraq yarım milyard dollara çatıb. Hesab edirəm ki, bu, mühüm nəticədir. Əminəm ki, iqtisadi potensialımız tam açıldıqca biz bu rəqəmi 1 milyard dollara çatdıra biləcəyik. Bunun üçün energetika, nəqliyyat, logistika, informasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye və digər sahələrdə ciddi ehtiyatlarımız var”, - deyə o qeyd edib.
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026