16:52 - 10.04.2023
10 aprel, Fineko/abc.az. Amerikanın süni intellekt təhlükəsizlik və araşdırma şirkəti “Anthropic” ən güclü süni intellekt modelini inkişaf etdirəcək.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən layihə şirkətə 5 milyard dollarla başa gələcək.
Dörd illik plan çərçivəsində araşdırmaları üçün milyardlarla dollar maliyyə təmin edəcək şirkət, tibbi xəstə qeydlərinin təhlili, şirkətlər üçün kodlaşdırma modelləri, sənədlərin redaktəsi və mətn yaradılması, çatbot və təlim xidmətləri nəzərdə tutur.
Şirkət indiki ən güclü süni intellektdən 10 dəfə daha bacarıqlı, şərti olaraq "Claude-Next" adlanan "sərhəd modeli" qurmağı planlaşdırdığını açıqlayıb.