12:32 - 10.04.2023
10 aprel, Fineko/abc.az. “Volkswagen Golf” uzun illərdir ki, Avropada ən çox satılan avtomobillər siyahısında liderlərdəndir.
ABC.AZ İndex-ə istinadən xəbər verir ki, adıçəkilən marka keçən il yerini “Peugeot 208”ə verib.
Son hesabatlara görə, “Tesla Model Y” fevral ayında Avropada ən çox satılan avtomobil olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18 min 446 ədədə çatan elektrikli avtomobil satışı 173 faiz artaraq bazardakı iddiasını sübut etdi.
Fevral ayında lider “Tesla Model Y”ni münasib qiymətə “Dacia Sandero” izləyir. 18 min 431 ədədlə kiçik bir fərqlə “Model Y”dən arxada qalan “Sandero”, “Dacia”nın son illərdəki uğurlarını da gözlər önünə sərir. Siyahıda üçüncü yerdə ötən ilin lideri “Peugeot 208” qərarlaşıb. “Peugeot 208″i “Volkswagen T-Roc” və “Opel Corsa” izləyir. Uzun illər lider olan “Volkswagen Golf”, siyahıda yalnız 9-cu yeri tuta bilib.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026