lham Əliyev bu ölkəyə rəsmi səfərə getdi

12:23 - 10.04.2023


10 aprel, Fineko/abc.az. Aprelin 10-də Prezident İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gedib.

ABC.AZ xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar.