“AZNAR” şirkətində nə baş verir? – Milyarder qardaşı oğlunu işdən çıxardı

11:24 - 10.04.2023


10 aprel, Fineko/abc.az. Azərbaycanlı milyarder Fərhad Əhmədovun Göyçaydakı məşhur “AZNAR” şirkətinin rəhbəri dəyişib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, F.Əhmədovun qardaşı oğlu Teymur Əhmədov Fərəc oğlu “Teymur Əhmədov adına AZNAR” QSC-nin baş direktoru vəzifəsindən azad edilib.

Onu bu vəzifədə Zeynullah Qurbanov Rəcəb oğlu əvəz edib.

“AZNAR”ın Müşahidə Şurasına Fərhad Əhmədov sədrlik, qardaşı Fərəc Əhmədov şirkətin rəhbər vəzifəsində yer alırdı.

Zeynullah Qurbanov 2000-ci illərdən Rusiyada ilk milli Azərbaycan brendini yaradan və bu brendi adı altında Azərbaycanda istehsal edilən nar şirələrini Rusiya bazarına çıxaran və “O’GRAE”şirkətinin yaradıcısıdır. O, ötən ilin əvvəli mediada Azərbaycanda çıxışına qoyulan qadağanı “əsassız” olduğundan gileylənmişdi.