10:03 - 10.04.2023
10 aprel, Fineko/abc.az. “Tesla”, Çində yeni meqafabrik tikm’yi planlaşdırır.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Tesla”nın sahibi İlon Mask “Twitter” hesabnında bildirib.
O qeyd edib ki, Çinin Şanxay şəhərində tikiləcək yeni meqafabrikdə ildə 10.000 “Megapack” istehsal olunacaq.
“Megapack” enerjini saxlayan, elektrik şəbəkəsini sabitləşdirməyə kömək edən və kəsilmələrin qarşısını alan çox böyük batareyadır.
Bu batareyalar şəbəkə operatorlarına əyalətlər və ya əyalətlər arasında əlavə tutum daşımağa imkan verir.
Tələbat yüksək olduqda və ya ötürmə şəbəkəsində planlaşdırılmamış kəsilmələr olduqda isə fasiləli mənbələrdə enerjini saxlayır və istifadə edir.
Şirkətin internet saytında verilən məlumata görə, “Tesla” hazırda Kaliforniyanın Latrop şəhərində hər il 10.000 “Megapack” istehsal edə bilən meqafabrikə sahibdir.
Müəllif: Elmir Murad
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026