11:49 - 6.04.2023
6 aprel, Fineko/abc.az. 2023-cü ilin yanvar-mart aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxiolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə kəskin artıb.
ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitində yazıb.
Nazir bildirir ki, illik müqayisədə vergi daxil olmaları 74.8% artaraq 4 mlrd. 899,5 mln. manat təşkil edib. Artıma səbəb neft sektorundakı 2 mlrd. 281.5 mln. manatlıq ödənişlərin kəskin artmasıdır.
Bu müddətdə qeyri-neft qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16.4% artaraq 2 mlrd. 618 mln. manat olub.
“Fiskal gəlirlərdə əhəmiyyətli artımlar iqtisadiyyatımızın dayanıqlığını gücləndirir”- deyə, nazir deyib.
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026