Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında olub

14:13 - 4.04.2023


4 aprel, Fineko/abc.az. Azərbaycanda səfərdə olan “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında olub.

Bu barədə ABC.AZ İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadla xəbər verir.

Qeyd olunur ki, qonağa ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib.

Daha sonra Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin fəaliyyəti ilə tanış olub.