“Tesla” 2023-cü ilin birinci rübündə bu qədər maşın tədarük edib

12:33 - 3.04.2023


3 aprel, Fineko/abc.az. ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” 2023-cü ilin birinci rübündə 422.875 ədəd tədarük edib, ümumi istehsal isə 440.808 ədəd təşkil edib.

ABC.AZ bu barədə "Bloomberg"-ə istinadən xəbər verir ki, “Tesla” 2023-cü ilin ilk rübü üçün avtomobil istehsalı və tədarük hesabatını açıqlayıb.

Birinci rüb rəqəmləri, bir ilin eyni dövründə bildirilən 310,048 ilə müqayisədə tədarüklərdə 36 % artıb və şirkətin 2022-ci ilin son rübündə bildirdiyi 405,278 ilə müqayisədə tədarüklərdə müvafiq olaraq 4 % artım deməkdir.

Şirkət daha yüksək qiymətə malik Model S və X avtomobillərinin 10,695 ədədinin çatdırıldığını bildirib bu da rübdə tədarüklərin təxminən 2 %-ni təşkil edir.

“Tesla” rüb ərzində 412.180 ədəd daha aşağı qiymətə Model 3 sedan və Model Y krossoverini tədarük etdiyini açıqlayıb.