10:20 - 30.03.2023
30 mart, Fineko/abc.az. Nazirlər Kabineti “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərar qəbul edib.
ABC.AZ xəbər verir ki, yeni qərara əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb.
Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.
Nazirlər Kabineti bu qərarını insanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə qəbul edildiyin açıqlayıb.
19 Avqust 2026
18 Avqust 2026