Bu ilin iki ayında emal sektorunda azalmalar müşahidə olunub

16:38 - 14.03.2023


14 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral ayında emal sektorunda da azalmalar qeydə alınıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, sözügedən dövrdə emal sektorunda dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,7 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə, poliqrafiya məhsullarının istehsalı 67,1 %, əczaçılıq məhsullarının istehsalı 59,4 %, kağız və karton istehsalı 46,4 %, tikinti materiallarının istehsalı 35,1 %, tütün məmulatlarının istehsalı 34,7 %, elektrik avadanlıqlarının istehsalı 25,8 %, toxuculuq sənayesi məhsullarının istehsalı 25,6 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,9 %, içkilərin istehsalı 17,9 %, geyim istehsalı 17,3 %, qida məhsullarının istehsalı 12,7 %, maşın və avadanlıqların istehsalı 10,4 %, kompüter, elektron və optik məhsulların istehsalı 4,9 % artıb, mebel istehsalı 1,3 %, hazır metal məmulatlarının istehsalı 4,2 %, neft məhsullarının istehsalı 6,4 %, kimya sənayesi məhsullarının istehsalı 17,2 %, sair nəqliyyat vasitələrinin istehsalı 23 %, metallurgiya sənayesi məhsullarının istehsalı 35,4 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 54,4 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,3 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,9 % artıb.