15:22 - 14.03.2023
14 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 19 812,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% çoxdur.
Dövlət Statistika Komitəsi xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,6 % azalıb, qeyri neft-qaz sektorunda isə 4,6 % artıb.
ÜDM istehsalının 50,3 %-i sənaye, 8,9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,8 %-i tikinti, 2,5 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 %-i informasiya və rabitə sahələrinin, 16,9 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9 %-ni təşkil edib.
İl ərzində ölkədə adaşmbaşına düşən ÜDM-in dəyəri 2,4 % artaraq 1 956 manat olub.
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026