Son 30 ildə Azərbaycanın su ehtiyatı 20 faizə qədər azalıb

15:29 - 10.03.2023


10 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda brifinq keçirib.

ABC.AZ xəbər verir ki, brifinqdə o Azərbaycandakı iqlim dəyişilliyindən təəssüfünü gizlətməyib.

“Təəssüf ki, iqlim dəyişiklikləri Azərbaycandan da yan keçməyib”-, deyə nazir müavini vurğulayıb.

O bildirib ki, Azərbaycan məhdud su resurslarına malik coğrafiyada yaşayır: “70 faizə yaxın suyumuz transsərhəd çaylar hesabına təmin olunur. Adambaşına düşən suyun həcminə görə, ölkəmiz ilk yüzlükdə 90-cı yerdə qərarlaşıb. Su ehtiyatları baxımından isə dünyada 140-cı yerdəyik".

Nazir müavini deyib ki, proqnozlar çox təəssüf ki, o qədər sakitləşdirici deyil:

"Son 30 ildə Azərbaycanın su ehtiyatı 20 faizə qədər azalıb. 2050-ci ilə qədər də 15-20 faizə qədər azalacağı ehtimal edilir. Bu, bizə sudan məsuliyyətlə istifadə etməli olduğumuzu göstərir".