“Qaradağ Şüşə zavodu”nun nizamnamə kapitalı bu qədərdir

16:38 - 7.03.2023


7 mart, Fineko/abc.az. “Qaradağ Şüşə zavodu”nun nizamnamə kapitalı 35 milyon 950 min 630 manatdır”.

ABC.AZ xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər. Qeyd edilib ki, məbləğ də hər birinin nominal dəyəri 2 manat olan 17 milyon 975 min 315 səhm əsasında formalaşıb.

S.Qəhrəmanov sonda qeyd edib ki, qida sektoru üçün şüşə qab istehsal edən zavodun 209 nəfər işçisi, 14 556 kvadrat metr ərazisi var.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bir sıra müəssisə və obyektləri özəlləşdirməyə açılıb. Bunlardan biri də “ASK Şüşə” MMC-dir.