Azərbaycanın ən kasıb rayonları - SİYAHI

12:17 - 7.03.2023


7 mart, Fineko/abc.az. Azərbaycanda pul gəlirləri və yatırımlara görə, ölkənin ən geridə qalmış rayonları məlum olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə 73 rayon şəhərin bir neçəsində gəlirlər və investisiya qoyuluşları minimum həddədir və ölkə üzrə orta göstəricilərdən bir neçə dəfə aşağıdır.

2022-ci ilin nəticələrindən məlum olur ki, ölkədə ən az pul yatırılan 11 rayon – Zərdab, Kəngərli, Saatlı, Göyçay, Ordubad, Lerik, Sədərək, Gədəbəy, Yardımlı, Şahbuz və Naftalandır.

Bu rayonlara il ərzində 1-8 mlyon manat arasında sərmayə yatırılıb. Müqayisə üçün bildirək ki, Azərbaycanda 73 rayon və şəhərdən 53-də yatırımların həcmi 20 milyon manatdan artıqdır. 43 rayonda isə 30 milyondan artıqdır.

Ümumiyyətlə, yatırımların həcminə görə “kasıb” rayonların siyahısında Naxçıvan MR-a daxil olan rayonların olması diqqəti cəlb edir, baxmayaraq ki, bu dövrdə Naxçıvan şəhərinə 1 milyard manata yaxın sərmayə yatırılıb.